reklam
Çempionlar Liqası: ilk finalçı məlum olacaq
Sportfm.az xəbər saytı

Çempionlar Liqası: ilk finalçı məlum olacaq


Bu gün Çempionlar Liqasında yarımfinalın cavab oyunlarına start veriləcək.

Sportfm.az xəbər verir ki, ilk finalçının adına Turində aydınlıq gələcək.

Səfərdə "Monako" üzərində 2:0 hesablı qələbə qazanmış "Yuventus" doğma azarkeşlər önündə əlinə düşən fürsətdən yararlanmağa çalışacaq.  Bu mövsüm Çempionlar Liqasında məğlub olmayan və 6 oyundur qapısından qol buraxmayan Kontenin yetirmələri gənc oyunçulardan formalaşmış rəqibinə təcrübə və səviyyənin fərqini başa salmağa çalışacaq.

"Monako" da cari mövsümdə əla formadadı. "Knyazlıq klubu" Liqa 1-in XXXVI turunda səfərdə "Nansi"dən güclü olub - 3:0. Əsasən hücum oyunçularına güvənən fransızları müdafiəsi ilə dünyada məşhur olan italiyalılara qarşı bu dəfə o qədər də şanslı saymaq olmaz.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi, cavab oyunu

9 may

22:45. "Yuventus" (İtaliya) - "Monako" (Fransa)

Baş hakim: Byörn Kuypers (Hollandiya)

İlk oyun - 2:0

Oxşar xəbərlər

Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək
"Yuventus" finalda! - VİDEO - FOTO
"Yuventus" - "Monako" oyununa hakim təyinatları açıqlanıb
“Yuventus” finalın biraddımlığında - VİDEO
"Barselona" Çempionlar Liqası ilə vidalaşdı, fransızlar yarımfinalda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər