reklam
Federasiyasının keçmiş prezidenti məhkəməyə çağırıldı -
Sportfm.az xəbər saytı

Federasiyasının keçmiş prezidenti məhkəməyə çağırıldı -Öpüşə görə cavab verəcək


İspaniya Kral Futbol Federasiyasının keçmiş prezidenti Luis Rubiales ifadə vermək üçün Madrid Milli Məhkəməsinə gedib.
Sportfm.az xarici KİV-ə istinadən xəbər verir ki, federasiyanın keçmiş rəhbəri cümə günü hakim Fransisko de Xorxenin qarşısına çıxacaq. Rubiales özü məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, avqustun 20-də İspaniyanın qadınlardan ibarət milli komandası turnirin final matçında İngiltərə yığmasına qalib gələrək (1:0) dünya çempionu olub. Mükafatlandırma mərasimi zamanı Rubiales İspaniya millisinin futbolçusu Cennifer Hermosonu dodaqlarından öpüb. Bu qalmaqaldan sonra Rubiales federasiyanın rəhbəri postundan gedəcəyini açıqlayıb. O, həmçinin bildirib ki, Hermoso ilə öpüşündə heç bir cinsi istək olmayıb.

Oxşar xəbərlər

Öpüşə görə həbs olunmuşdu, indi isə...
Futbolçunu öpən prezident cəzalandırıldı
Öpüşən Rubiales danışdıqca batır
Öpüş qalmaqalına görə istefaya göndərildi
Öpüş qalmaqalına görə istefaya göndərildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər