reklam
“Neftçi” bu futbolçularını icarəyə verdi
Sportfm.az xəbər saytı

“Neftçi” bu futbolçularını icarəyə verdi


“Neftçi” üç futbolçusunu icarəyə verib.
Sportfm.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Vüsal Əsgərov və Seymur Əliyev “İrəvan”da, Xəyal Nəcəfov isə “Turan Tovuz”da çıxış edəcək. Hər üç oyunçu cari mövsümün sonuna qədər adıçəkilən komandalarda oynayacaq.

“Turan Tovuz”la icarə müqaviləsinin müddəti başa çatan Turan Vəlizadə isə “Neftçi-2”nin düşərgəsindədir.

Digər oyunçulardan Asim Əlizadə ilə başa çatan sözləşmənin müddəti yenilənməyib, Elşad Tağıyevlə anlaşmaya qarşılıqlı razılaşma əsasında xitam verilib.

Ötən mövsüm əsas komandanın heyətində debüt edən Ömər Qurbanov isə “Zirə”yə transfer olunub.

Oxşar xəbərlər

"Zirə" "Turan Tovuz"a qalib gəldi - Əvəzedicilər Liqası
"Neftçi" "Turan Tovuz"a qalib gəldi - Misli Premyer Liqası
Paytaxt klubundan 6 futbolçu göndərildi
"Turan Tovuz" onu göndərdi - Ayrılıq
Rzayev daha bir mövsüm “Turan Tovuz”da - İCARƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər