reklam
Uşaq liqalarının püşkü atıldı
Sportfm.az xəbər saytı

Uşaq liqalarının püşkü atıldı


Bu gün AFFA-nın inzibati binasında 2023/2024-cü illər mövsümü U-15 Liqasının və U-16 Liqasının püşkü atılıb.

Sportfm.az xəbər verir ki, püşkatma mərasimində AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, Məşqçilər Komitəsinin üzvü Şakir Qəribov və klub nümayəndələri iştirak edib.

U-15 Liqasında komandalar A və B qrupuna bölünəcək. B qrupunun oyunları Naxçıvan Muxtar Respublikasında təşkil olunacaq. A qrupunda 15 komanda mübarizə aparacaq və oyunlar iki dövrədən ibarət olacaq. İlk yeddi yeri tutan komanda B qrupunun qalibi ilə final mərhələsində qarşılaşacaq.

U-16 Liqası da A və B qrupu olmaqla üç dövrədən ibarət olacaq. A qrupunda 13 komanda mübarizə aparacaq. A qrupunda üçüncü dövrə birinci dövrənin təkrarı olacaq. A qrupunda ilk yeddi yeri tutan komanda Naxçıvan Muxtar Respublikası üzrə qalib gələcək komanda ilə final mərhələsində qarşılaşacaq.

Hər iki liqanın birinci turunun oyunları 2-3 sentyabr tarixlərində keçiriləcək.

Oxşar xəbərlər

Pley-offun püşkü atıldı - Region Liqası
Yeni mövsümün püşkü atıldı - Yüksək və Birinci liqalar
2023/2024 mövsümünün püşkü atıldı - SİYAHI
Gənclər Liqasının və U-17 Liqasının püşkü atıldı
"Araz-Naxçıvan" yaşıl meydanlara qayıdır!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər