reklam
Sportfm.az xəbər saytı

"Neftçi" və "Sabah"ın rəqibləri müəyyənləşəcək -Konfrans Liqası


Bu gün Konfrans Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Sportfm.azz xəbər verir ki, Azərbaycan klublarının 2-c mərhələdəki potensial rəqibləri cavab matçlarına çıxacaqlar.
"Sabah"ın mümkün rəqiblərindən olan Latviya RFŞ-i Şimali Makedoniya təmsilçisi "Makedoniya"nı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Latviyadakı ilk oyunda meydan sahibləri qələbə qazanıb - 1:0. Cütün qalibi növbəti mərhələdə "Sabah"la qarşılaşacaq.

"Neftçi"nin potensial rəqibləri olan Belarusun "Dinamo"si (Minsk) isə Bosniya və Herseqovina "Jelezniçar"ı ilə üz-üzə gələcək. Görüş UEFA-nın qərarına əsasən, Bakıda "Azersun Arena"da oynanılacaq və saat 21:00-da başlayacaq. İlk matç bərabərliklə yekunlaşıb - 2:2. Cütün qalibi 2-ci mərhələdə"Neftçi" ilə qarşılaşacaq.

Oxşar xəbərlər

"Zirə", "Sumqayıt" və "Sabah"ın potensial rəqibləri bilindi
“Qarabağ”ın Konfrans Liqasında mümkün rəqibləri - SİYAHI
“Qarabağ”ın 3-cü mərhələdəki potensial rəqibləri - Çempionlar Liqası
“Neftçi”, “Sabah” və “Qəbələ”nin rəqibləri müəyyənləşdi - Konfrans Liqası
"Qəbələ" və "Sabah"ın da 5 potensial rəqibi bilindi - Konfrans Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər