• 14:32 Çərşənbə axşamı
    3 Oktyabr 2023
  • OLİMPİZM
  • Voleybol
  • Futbol
  • Güləş
  • Cüdo
  • Boks
  • Futzal

  • Uşaq futbolu
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
    • Footvolley
    • Teqball
reklam
reklam
Azərbaycanda istedadlı uşaqları udan “anakonda”

Azərbaycanda istedadlı uşaqları udan “anakonda”

Əvvəlcə onu qeyd edim ki, dünya miqyasında beynəlxalq səviyyəli idmançılar yetişdirmək hər mənada çox məşəqqətli bir prosesdir, uzun illər, səbr, dözüm tələb olunur. Elə buna görə də, futbolla peşəkar məşğul olan uşaqlarımız üçün hərbi xidmət məsələsinə yenidən baxılmalı və elə bir qayda düşünülməlidir ki, istedadlı balalarımız itib yox olmasınlar.

Sirr deyil ki, Azərbaycanda istedadlı futbolçuların böyük bir qismi məhz həyatın bu fazasında yoxa çıxırlar, itirən isə Azərbaycan futboludur.

İllərdir bu problem həll olunmur və buna təbii səbəblər var idi. Suveren ərazilərimizin işğalda olması hərbi xidməti, peşəsindən asılı olmayaraq, hər kəs üçün məcburi edirdi. Lakin 2020-ci ildən bu yana vəziyyət köklü surətdə dəyişib və ölkə rəhbərliyi bu istiqamətdə yeni təcrübələri sınaqdan çıxara bilər. Buna böyük ehtiyac var.

Təsadüfi deyil ki, hərbi xidmət yaşı çatmış, peşəkar futbolla məşğul olan və klublarla müqaviləsi olan gənclər hərbi xidmətdən döndükdən sonra, ya qarşılaşdıqları maneələrdən bezib daha futbolla məşğul olmurlar, ya da fiziki-mənəvi planda bütün parametrlər üzrə elə bərbad vəziyyətdə olurlar ki, əvvəlki formanı bərpa edib geri qaytarmaq müşkülə çevrilir. Bir sözlə, heyf olub gedirlər.

Düşünün ki, 5-6 yaşlardan ta 18 yaşa qədər böyük fiziki-mənəvi əziyyətlər çəkmiş, yolunda maddi vəsaitlər xərclənmiş, bəlli bir səviyyəyə çatmış uşaqları “hərbi xidmət” adlı ANAKONDA udub yoxa çıxarır. Yüzlərlə istedadlı uşaq yemə çevrilir. Obrazlı desək, Kərəmi də, bax, o yerdə zırın-zırın ağlamaq tutur.

Buna görə də, dövlət bu məsələ ilə bağlı müəyyən dəyişikliklər etsə, ümumi işin xeyrinə olar. Ümumi iş isə Respublikada futbolun fundamental əsaslarda inkişafıdır. 30 ildir biz bu inkişaf xəttini düzəməlli tuta bilmirik. Bizdən qat-qat kasıb olan, insan resursları bizdən bir neçə dəfə az olan digər Cənubi Qafqaz ölkələri Gürcüstan və Ermənistan bu mənada ölkəmizi xeyli qabaqlayıblar. Bu isə xalqımızı, yüzminlərlə futbolsevəri məyus edir.

Hə, kimsə deyə bilər ki, futbolçuların hərbi xidmətlərini rahat keçə bilməsi üçün MOİK (Ordu İdman Klubu) var. Lakin futbolun içində olanlar, xüsusilə mən özüm çox qəşəng bilirik ki, son 30 ildə MOİK-də bu planda necə “bazar açılıb”.

Hətta futbola aidiyyatı olmayan yüksək vəzifəli şəxslərin uşaqlarının və ya qohum-əqrabalarının “böyük pullar” qarşılığında hərbi xidmətini MOİK sıralarında çəkdiyini bilməyən az adam olar. Belədə, onsuz da boş yerlərin məhdud olduğu MOİK-də hərbi xidmət yaşı çatmış gənc futbolçulara yer qalmır. Hələ bunun rəislərdən ötrü “Bakı qeydiyyatı” və ya “rayon qeydiyyatı” kriteriyaları var ki, orada da şıdırğı alverə meydan yaranıb illərdir.

Yaxşı yadımdadır, əvvəllər, hətta ədliyyə sisteminin nəzdində olan hərbi rejimli futbol komandası da var idi, hərbi xidmət yaşına çatmış gənclər əsgərliklərini məhz “Ədliyyə” klubunda da keçə bilirdilər. Deyəsən, xeyli müddətdir, o da, ya dağılıb, ya da yerli-dibli ləğv ediblər.

Bir də, pis xatırlamıramsa, Beyləqandakı “n” saylı hərbi hissədə “Qara Bəbir” idman və futbol klubu var idi, orada da gənc futbolçuların vətənə borcunu futbol oynayaraq ödədiyini bilirik. Bütün bunlar indi varmı-yoxmu, bilmirəm.

Məsələ burasındadır ki, hətta bunlar varsa da, fiziki planda eyni vaxtda hərbi xidmət yaşına çatmış yüzlərlə müqaviləli peşəkar futbolçunu sıralarına götürmək imkanında ola bilməzlər. Premyer-Liqa, Liqa-1 və Liqa-2 klubları ilə peşəkar müqaviləsi olan gənc futbolçuları nəzərdə tuturuq.

Ona görə də, məsələ mütləq köklü həllini tapmalıdır, daha doğrusu, müvafiq qanunvericilikdə dəyişikliklər edilməlidir.

Bir halda ki, ərazi bütövlüyümüz tam bərpa olunub, geniş miqyaslı müharibə ehtimalı artıq aradan qalxıb, Milli Ordumuz daha peşəkar hərbi birliklərlə (məsələn, “Komando” hərbi birliyi) gücləndirilmək xətti tutub, o zaman idmanın spesifik sahələrində ucdantutma hər kəsin hərbi xidmət keçməsinə gərək qalmır, xüsusilə də futbolçuların. Dünyada da bununla bağlı xeyli mütərəqqi təcrübə var, örnək ala bilərik.

İdman da ölkəni dünyada təmsil edə bilmək, bayraq ucaltmaq üçün xüsusi sahədir, futbol isə çoxdan idman olmaqdan çıxıb, daha beynəlmiləl əhəmiyyət kəsb etməyə başlayıb, ölkəni tanıtmaq baxımından unikal qlobal sahəyə çevrilib. “Qarabağ” futbol klubunun timsalında biz buna illərdir şahidik.

Bu məntiqlə yanaşsaq, kimsə yəqin etiraz etməz ki, istedadlı, perspektiv vəd edən idmançılarımızın, futbolçularımızın karyerasını qorumaq həm də dövlətin borcudur. Elə buna görə də, hərbi xidmətin sırf futbolla və futbolçularla bağlı peşəkar qaydalarına (ödənişli və ya xüsusi istisna hallar), istər Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, istərsə də İdman və Gənclər Nazirliyinin təşəbbüsü ilə dövlətin aidiyyatı qurumlarının yenidən baxmasına zərurət yaranıb. İdman ictimaiyyətinin, xüsusilə idman mediasının mövzunu gündəmdə saxlamasında fayda var. Vaxtıdır, ləngitməyək.

Mirzə Rəşad Bakuviскачать dle 10.4 UTF-8Forex для начинающих

13-07-2023, 19:41
299
REKLAM
Biz İzləyin
Bizi Telegram-da oxuyun və İzləyin.
Bizi Twitter-da oxuyun və İzləyin.
Bizi İnstagram-da oxuyun və İzləyin.
Bizi Facebook-da oxuyun və İzləyin.
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
2-04-2020, 17:46
Çempionat dayandı, ulduz futbolçu hərbi xidmətə yollandı
Çempionat dayandı, ulduz futbolçu hərbi xidmətə yollandı
2-11-2018, 17:13
Hərbi xidmətə yollanmadı, millidən qovuldu
Hərbi xidmətə yollanmadı, millidən qovuldu
2-11-2018, 09:39
Koreyalı futbolçu milli komandadan qovuldu
Koreyalı futbolçu milli komandadan qovuldu
16-09-2016, 22:41
Hərbçi güləşçilərimiz Makedoniyada yarışacaqlar
Hərbçi güləşçilərimiz Makedoniyada yarışacaqlar
16-07-2016, 14:29
Türkiyədəki hərbi çevrilişdən Fransa klubu zərər gördü...
Türkiyədəki hərbi çevrilişdən Fransa klubu zərər gördü...
  Xəbər lenti
İranlı məşqçi Bakıda azərbaycanlı hakimi döydü - CƏZA 3.10.2023, 13:45
Qişamer "Qarabağ"ın önəmli matçında 3.10.2023, 13:35
Gözəl Bakıda Avropa çempionu oldu 3.10.2023, 12:51
Elçin Məsiyev Konfrans Liqasının oyununda 3.10.2023, 12:34
Millimizin sabiq baş məşqçisi Livan yığmasını çalışdıracaq 3.10.2023, 10:09
Əliyar Ağayev Avroliqanın oyununda - TƏYİNAT 3.10.2023, 10:04
Derbini "Çelsi" qazandı - Premyer Liqa 3.10.2023, 08:16
Cüdoçularımız dünya çempionatına yola düşdü 3.10.2023, 08:15
Cüdoçularımız dünya çempionatına yola düşdü 2.10.2023, 23:50
BÜTÜN XƏBƏRLƏR
Misli Premyer Liqası
№ Komanda o x
1 Qarabağ  34 87
2 Sabah 33 77
3 Neftçi 34 62
4 Qəbələ 34 48
5 Zirə 34 46
6 Turan 34 38
7 Kəpəz 34 30
8 Sumqayıt  33 28
9 Səbail  34 25
10 Şamaxı  34 24
Ətraflı
9-09-2023, 00:51
Türkiyə yığması biabır oldu -
Türkiyə yığması biabır oldu - AVRO-2024
26-09-2023, 21:21
C kateqoriyalı məşqçi kursu başladı -
C kateqoriyalı məşqçi kursu başladı - FOTO
10-09-2023, 15:44
Cabarov Uels millisinin oyununda -
Cabarov Uels millisinin oyununda - Təyinat
18-09-2023, 15:06
Yığmamızın sabiq üzvü
Yığmamızın sabiq üzvü "İrəvan"la anlaşdı
27-09-2023, 13:38
Elçin Məsiyevin səhvinin cəzası -
Elçin Məsiyevin səhvinin cəzası - 1000 manat
8-09-2023, 12:32
Həftəlik planlaşdırma - Güc təlimi
Həftəlik planlaşdırma - Güc təlimi
28-09-2023, 12:55
“Gəncə”nin yeni baş məşqçisi
“Gəncə”nin yeni baş məşqçisi
13-09-2023, 13:08
"Qarabağ" sifariş ərizəsində dəyişiklik etdi - Avropa Liqası
8-09-2023, 21:58
O artıq zədəsini sağaldıb...
O artıq zədəsini sağaldıb...
22-09-2023, 13:14
"Şəmkir"ə texniki məğlubiyyət verildi
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz-Naxçıvan 13 37
2 EKOL 13 30
3 Neftçi İK 13 25
4 Baku Fire 13 22
5 Record club.az 13 12
6 Alyans 13 12
7  U-19 13 9
8 Xilə 13 6
       
       
Ətraflı
№ Komanda o x
1 Araz Naxçıvan 5 15
2 MOİK 5 11
3 Turan Tovuz-2 4 9
4 Qəbələ-2 5 9
5 Neftçi-2 4 9
6 Qarabağ-2 5 7
7 Zirə-2 4 7
8 Şamaxı-2 5 7
9 Qaradağ Lökbatan 5 6
10 Mingəçevir 5 6
11 Səbail-2 4 6
12 Zaqatala 5 6
13 Sumqayıt-2 4 3
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb