Azərbaycan millisinin heyəti açıqlandı -Reytinq turniri
Güləş üzrə Azərbaycan millisinin Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək reytinq turniri üçün heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, iyunun 1-dən 4-dək baş tutacaq yarışda yığmanın 11 idmançısı mübarizə aparacaq.
“Bişkek Arena”da iyunun 2-də Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) baş məşqçi Semyon Çterevin rəhbərliyi altında çıxış edəcəklər.
Növbəti iki gündə baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında sərbəst güləşçilər xalçaya çıxacaqlar. İyunun 3-də Maqomedxan Maqomedov (97 kq) yarışa qoşulacaq. Turnirin son günündə Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Turan Bayramov, Xadjimurad Qadjiyev, Cəbrayıl Qadjiyev (hamısı 74 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurmagomedov (92 kq) güləşəcəklər.
Görüşlər hər gün Bakı vaxtı ilə 08:30-da başlayacaq. Medallar uğrunda görüşlərə 16:00-da start veriləcək.
Qeyd edək ki, Bişkekdə 1-ci kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyacaq.
Oxşar xəbərlər
Avropa çempionatında iştirak edəcək güləşçilərimizin adları - SİYAHI
Millimiz Avropa çempionatına Mahaçqalada hazırlaşacaq
Güləş millimizin heyəti açıqlandı - Reytinq turniri
Xorvatiyadakı turnirdə iştirak edəcək Azərbaycan güləşçiləri - SİYAHI
Azərbaycan millisinin heyəti açıqlandı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası