reklam
Dünyanın ən çox qazananları -
Sportfm.az xəbər saytı

Dünyanın ən çox qazananları -SİYAHI


Amerikanın "Ferbes" nəşri son bir ildə ən çox qazanan idmançıların siyahısını açıqlayıb.

Sportfm.az xəbər verir ki, siyahıya Səudiyyə Ərəbistanının "Əl Nəssr" klubunda çıxış edən Kriştiano Ronaldo başçılıq edir. Portuqaliyalı hücumçu 136 milyon dollar gəlir əldə edib.

İlk "3-lük"də PSJ-nin futbolçuları qərarlaşıb. Argentinalı Lionel Messi 130 milyon dollarla ikinci, fransalı forvard Kilian Mbappe isə 120 milyon dollarla üçüncü yerdədir.

İlk "10-luq" belədir:

1. Kriştiano Ronaldo (futbol) - 136 milyon dollar

2. lionel Messi (futbol) - 130 milyon dollar

3. Kilian Mbappe (futbol) - 120 milyon dollar

4. Lebron Ceyms (basketbol) - 119,5 milyon dollar

5. Kanelo Alvares (boks) - 110 milyon dollar

6. Dastin Conson (qolf) - 107 milyon dollar

7. Fil Mikelson (qolf) - 106 milyon dollar

8. Stefen Körri (basketbol) - 100,4 milyon dollar

9. Roje Federer (tennis) - 90,1 milyon dollar

10. Kevin Dürant (basketbol) – 89.1 milyon dollar

 

Oxşar xəbərlər

Dünyanın ən çox qazanan idmançıları - Reytinq
Dünyanın ən çox qazanan idmançıları - SİYAHI
Tarixdə ilk dəfə - Rusiya kənarda qaldı
Ən çox qazanan qadın idmançılar - SİYAHI
Ən çox qazanan onlardır - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər