reklam
Azərbaycan çempionatında 100-dən çox atlet qüvvəsini sınadı -
Sportfm.az xəbər saytı

Azərbaycan çempionatında 100-dən çox atlet qüvvəsini sınadı -Nəticələr


Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayıb.

Sportfm.az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Kişilərdə ilk olaraq 55 kq çəki dərəcəsində qaliblərin adına aydınlıq gəlib. Toplam 202 kq (91+111) nəticə göstərən Amin Osmanov bütün rəqiblərini geridə qoyaraq qızıl medala layiq görülüb.

Gümüş medalı toplam 200 kq (90+110) nəticə göstərən Əvəz Tağıyev, bürünc medalı isə toplam 191 kq (85+106) nəticə göstərən Elmar Alıyev əldə edib. 61 kq çəki dərəcəsində isə Elşən Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, toplam 213 kq (97+116) nəticə ilə qızıl medala layiq görülüb.

Sonrakı pillələri müvafiq olaraq toplam 200 kq (85+115) nəticə ilə Əmrah Osmanov və toplam 199 kq (92+107) nəticə ilə Ramiz Kazımov olublar.

Oxşar xəbərlər

Günel rekordları yenilədi - Azərbaycan çempionatı
Ölkə çempionatının ilk qalibləri müəyyənləşdi - SİYAHI
Birincilik davam edir
İsa Rüstəmov Azərbaycan çempionu oldu UĞUR
Azərbaycanın ən güclüləri məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər