Millimizin bütün potensial rəqibləri bəlli oldu -DÇ-2024
DÇ-2024-ün əsas mərhələsinin pley-off oyunları başa çatıb.
Sportfm.az xəbər verir ki, İki oyunun yekununda qələbə qazanan Belçika, Almaniya, Çexiya və Niderland daha əvvəl vəsiqəni təmin etmiş Azərbaycan, Xorvatiya, Finlandiya, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya, Ermənistan və Ukraynaya qoşulub.
Elit-raundda ümumilikdə 20 komanda hər birində 4 iştirakçı olmaqla 5 qrupda mübarizə aparacaq. Bu mərhələnin püşkü iyulun 8-də atılacaq, oyunları isə cari ilin dekabrın 20-dək yekunlaşacaq. Reqlamentə əsasən, qrup liderləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı nəticəyə sahib 4 “ikinci” pley-offda iştirak edəcək. Ev və səfər prinsipi ilə keçiriləcək iki matçın ümumi nəticəsində qalib olan komandalar həlledici mərhələyə yüksələcək. Əgər mundial Avropa qitəsində yer alan ölkələrdən birində keçirilərsə, o zaman pley-offa 4 yox, ən yaxşı 2 “ikinci” vəsiqə qazanacaq.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının final mərhələsində 2016-cı ildə debüt edib. Kolumbiyada keçirilən yarışda komandamız mundialı 5-ci pillədə başa vurub.
Oxşar xəbərlər
İlkin mərhələyə yekun vuruldu - DÇ-2024
Futzal yığmamız üçün gözəl şans - DÇ-2024
Millimizin püşkatmadakı səbəti bəlli oldu - Avropa çempionatı
Millimizin rəqibləri müəyyənləşir
UEFA Avropa çempionatının yeni təqvimini açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası