"Texnikaya önəm verərək güləşmək qərarına gəldim" -Hacı Əliyev
Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Hacı Əliyev Avropa çempionatının finalına vəsiqə qazanmasını şərh edib.
Sportfm.az xəbər verir ki, H.Əliyev bu yarışın 2023-cü ildə onun üçün ikinci turnir olduğunu söyləyib.
"Məşqçilər qərar verdilər ki, dünya çempionatı üçün 65 kq çəki dərəcəsinə keçim. Fikirləşdik ki, Avropa çempionatı və digər turnirlər üçün çəki azaltmaq o qədər də vacib deyil. Düşünürəm, 70 kq-da da yaxşı çıxış edirəm. Rəqiblər fiziki cəhətdən çox güclüdürlər və adətən 4-5 kiloqram çəki salmalı olurlar. Mən texnikaya önəm verərək güləşmək qərarına gəldim".
Qeyd edək ki, xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında 70 kq. çəki dərəcəsində yarışan H.Əliyev finala yüksəlib. O, bu gün keçiriləcək həlledici qarşılaşmada Ramazan Ramazanovla (Bolqarıstan) görüşəcək.
Bu gün, həmçinin, daha 4 sərbəst güləşçimiz isə medal görüşlərinə çıxacaqlar. Əliabbas Rzazadə (57 kq) qızıl medal uğrunda Süleyman Atlı (Türkiyə), Maqomedxan Maqomedov (97 kq) Givi Matçaraşvili (Gürcüstan) ilə qarşılaşacaq. Əli Rəhimzadə (65 kq) təsəlliverici görüşdə Coşua Finesilverlə, Səbuhi Əmiraslanov (79 kq) bürünc medal uğrunda Axsarbek Qulayev / Hetik Çabolov cütünün qalibi ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
Hacı Əliyev dördqat Avropa çempionu oldu - YENİLƏNİB
İdmançılarımız mübarizəyə qoşulur - AÇ
Hacı Əliyev və Əliabbas Rzazadə finalda - Avropa çempionatı
Hacı Əliyev Avropa çempionatının yarımfinalında
Azərbaycanlı güləşçilər mübarizəyə başlayır - Avropa çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası