Qurbanov üçün anlamlı qələbə
Qurban Qurbanov baş məşqçi karyerasında 400-cü qələbəsini qazanıb.
Sportfm.az PFL-ə istinadən xəbər verir ki, "Qarabağ"ın çalışdırıcısının yubileyi Misli Premyer Liqasının XXIX turuna təsadüf edib. “Kəpəz” üzərində 3:1 hesablı qələbə 51 yaşlı mütəxəssisə üç gün sonrakı ad günü öncəsi yubiley xarakteri daşıyıb.
Bu, Qurbanovun baş məşqçi karyerasında 704-cü matçda qeydə alınıb. XXV turun “Qəbələ” ilə görüşündə 700-cü dəfə meydana komanda çıxaran mütəxəssis qısa müddətdə növbəti yubileyini gerçəkləşdirib. Hər iki görüşdə onun yetirmələri 3:1 hesabı ilə qalib gəlib. 704 qarşılaşmada 178 heç-heçə və 126 məğlubiyyət də qeydə alınıb.
Qurbanov karyerası ərzində üç komandaya – “Neftçi”, “Qarabağ” və Azərbaycan millisinə rəhbərlik edib. O, Ağdam klubu ilə 371, Bakı təmsilçisində 25, yığmada 4 uğura sevinib.
Qeyd edək ki, Qurbanovun baş məşqçi kimi ilk qələbəsi debüt matçına təsadüf edib. 2006-cı il avqustun 6-da onun rəhbərlik etdiyi “Neftçi” “Gənclərbirliyi” ilə ev oyununda 6:1 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
Qurbanovun Premyer Liqada 500-cü oyunu
Qurban Qurbanov “300”-ə çatdı
Qurbanov 700-cü oyununu keçirdi
400-cü oyununda 4 qol - Azərbaycan Premyer Liqası
Qurban Qurbanovun 350-ci qələbəsi - Yubiley
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Röyal Nəcəfov "Baku Sportinq"dən getdi - Açıqlama















Misli Premyer Liqası