Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mahirdən yaxşı xəbər var -Zədəsini sağaldıb
Azərbaycan millisinin futbolçusu Mahir Emreli zədəsini sağaldıb.
Sportfm.az xəbər verir ki, “Konyaspor” klubunun hücumçusu bərpa dönəmini artıq geridə qoyub.
Super Liqanın XXVI turunda “Qalatasaray”la oyunda zədələndiyi üçün Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələ matçlarını buraxan 26 yaşlı forvard fiziki çalışmalarını başa vurub.
Futbolçu tezliklə kollektivlə birlikdə məşqlərə qoşulacaq. O, Konya təmsilçisinin “Umraniyespor”la qarşıdakı matçına hazır olacaq.
Qeyd edək ki, XXVII turun “Umraniyespor” – “Konyaspor” görüşü aprelin 2-də keçiriləcək.
Oxşar xəbərlər
Mahir Emreli əsas heyətdə - Türkiyə Super Liqası
“Konyaspor” Mahirə görə cərimə ödəyəcək
Emrelinin durumu açıqlandı
5 qol vuran müdafiəçi "Qalatasaray"da - TRANSFER
Mahir məşqlərə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası