reklam
Cüdoçularından Gürcüstanda 2 medal
Sportfm.az xəbər saytı

Cüdoçularından Gürcüstanda 2 medal


Azərbaycan cüdoçusu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə”də qızıl medal qazanıb.

Sportfm.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı Giorgi Sardalaşvilini məğlub edib.

Qadınların yarışında 52 kq-da yer alan Gültac Məmmədəliyeva isə bürünc medal uğrunda qarşılaşmada çinli Yeqing Junu yenərək yarışı üçüncü sırada başa vurub.

Bu gün tatamiyə çıxan Kəramət Hüseynov (60 kq), Kamran Süleymanov (66 kq), Leyla Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) mübarizəni erkən dayandırıb.

“Böyük Dəbilqə” martın 26-da başa çatacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.

Oxşar xəbərlər

İlk gün bizim üçün uğurlu olmadı - “Böyük Dəbilqə”
Bayramov yarımfinalda - “Böyük Dəbilqə”
Azərbaycanlı cüdoçular mübarizəyə başlayır - Böyük Dəbilqə
Cüdoçularımızdan 1 qızıl, 2 bürünc medal - Böyük Dəbilqə
Turan Bayramov bürünc medal qazandı - Böyük Dəbilqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər