Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Məsiyev yenə təyinat aldı -Avropa çempionatı
Azərbaycanın FİFA referisi Elçin Məsiyevin 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda idarə edəcəyi növbəti matç müəyyənləşib.
Sportfm.az xəbər verir ki, o, 6-cı qrupun 3-cü turunun Latviya – İsrail görüşündə əsas hakim olacaq.
Ona Pərvin Talıbov və polşalı Mixal Sobçak laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Patrik Qrıtskeviç icra edəcək.
Martın 28-də oynanılacaq qarşılaşma saat 16:00-da başlayacaq. 6-cı qrupun matçları Polşada keçirilir. Məsiyev bu gün İsrail – Polşa oyununda da iş başında olacaq.
Oxşar xəbərlər
İsrail – Polşa oyunu azərbaycanlı hakimə tapşırıldı - Avropa çempionatı
Məsiyev “İnter”in oyununda - Təyinat
FİFA referimiz Konfrans Liqasında - Təyinat
FIFA referimiz Ukrayna - Şimali İrlandiya matçında - Avropa çempionatı
FIFA referimiz Avropa çempionatına təyinat aldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası