reklam
İkardinin yerinə o gəlir -
Sportfm.az xəbər saytı

İkardinin yerinə o gəlir -FOTO


"Qalatasaray" PSJ-dən icarəyə götürdüyü Mauro İkardini birdəfəlik transfer etmək istəyir.

Sportfm.az xəbər verir ki, "sarı-qırmızılar" mövsümün sonunda argentinalı forvard üçün Paris təmsilçisi ilə danışıqlar aparacaq. "Cim bom" İkardini transfer edə bilməsə, onun yerinə La Liqadan hücumçu gətirəcək.

"Qalatasaray"ın hədəfi "Atletiko"nun futbolçusu Alvaro Moratadır. Bu barədə "MD Futbol" nəşri məlumat yayıb. Super Liqanın lideri İspaniya klubunun yollarını ayırmaq istədiyi 30 yaşlı qolçu üçün təklif göndərəcək.

Alvaro Morata cari mövsümdə "Atletiko"nun heyətində meydana çıxdığı 24 rəsmi matçda 9 qol vurub. İspaniya millisinin üzvünün klubla müqaviləsi 2024-cü ilin yayına kimidir.

 

Oxşar xəbərlər

Morata yeni kapitandır
Kaan Ayhan "Qalatasaray"da - RƏSMİ
PSJ-nin argentinalı futbolçusu "Qalatasaray"da - TRANSFER
PSJ İkardini transfer etdi – RƏSMİ
PSJ Mauro İkardini birdəfəlik transfer edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər