reklam
Qurbanlı ən məhsuldar futbolçular sırasında
Sportfm.az xəbər saytı

Qurbanlı ən məhsuldar futbolçular sırasında


“Qarabağ”ın hücumçusu Musa Qurbanlı 2022/2023 mövsümündə Avropada ən çox qol vuran futbolçular sırasında yer alıb.

Sportfm.az xəbər verir ki, 21 yaşlı forvard bütün turnirlərdə keçirdiyi 29 oyunda 20 qol vuraraq bu siyahıya düşüb.

Azərbaycan millisinin üzvü 18 dəfə Premyer Liqada, 2 dəfə isə Azərbaycan Kubokunda fərqlənib. Bu göstərici ilə o, 13-cü sırada qərarlaşıb. 

2022/2023 mövsümünün ən məhsuldar futbolçuları:

1. Erlinq Holann (“Mançester Siti”) – 35 oyun / 34 qol (orta hesabla hər oyunda 0,97 qol)

2. Kilian Mbappe (PSJ) – 32 / 31 (0,96)

3. Enner Valensiya (“Fənərbağça”) – 33 / 26 (0,78)

4. Robert Levandovski (“Barselona”) – 32 / 25 (0,78)

5. Markus Reşford (“Mançester Yunayted”) – 42 / 25 (0,59)

6. Qonçalo Ramos (“Benfika”) – 35 / 23 (0,65)

7. Vissam Ben Yedder (“Monako”) – 34 / 22 (0,64)

8-10. Məhəmməd Salah (“Liverpul”) - 38 / 22 (0,57)

8-10. Mehdi Taremi (“Porto”) – 38 / 22 (0,57)

8-10. Harri Keyn (“Tottenhem”) – 38 / 22 (0,57)

11. Viktor Osimxen (“Napoli”) – 27 / 21 (0,77)

12. Joao Mario (“Benfika”) – 39 / 21 (0,53)

13. Musa Qurbanlı (“Qarabağ”) – 29 / 20 (0,68)

14. Jan-Pyerr Nsame (“Yanq Boyz”) – 31 / 20 (0,64)

Oxşar xəbərlər

Bütün turnirlərdə ən çox qol vuran futbolçular - SİYAHI
2020-ci ilin ən bahalı transferləri - SİYAHI
Premyer Liqanın təqvimi açıqlandı - SİYAHI
ÇL ən yaxşı 10 hücumçusu - SİYAHI
Çempionlar Liqasında gecənin nəticələri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər