"Qarabağ"mübarizəni dayandırdı -Konfrans Liqası
"Qarabağ" bu gün Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə cavab oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, Ağdam təmsilçisi Belçika klubu ilə bu dəfə səfərdə üz-üzə gəlib. Görüşün əsas vaxtında "Gent" 1 qol vuraraq ümumi hesabı bərabərləşdirdiyi üçün əlavə vaxt ehtiyac duyulub. Burada da hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında daha dəqiq olan Belçika təmsilçisi 5:3 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. "Qarabağ" isə turnirdə mübarizəni dayandırıb.
Bu komandalar arasında Bakıdakı ilk matçda "Qarabağ" 1:0 hesablı qələbə qazanmışdı.
Konfrans Liqası, pley-off mərhələsi
Cavab oyunu
00:00. "Gent" (Belçika) - "Qarabağ" (Azərbaycan) - 1:0 (Penaltilər seriyası - 5:3)
Qol: Orban, 75
"Gent": + + + + +
"Qarabağ": + + + -
Hakimlər: Uilyam Kollam, Frensis Konnor, David Rum, Nikolas Uolş (hamısı Şotlandiya)
VAR: Devid Kut (İngiltərə)
Gent, "Gelamko Arena"
İlk oyun - 0:1.
Oxşar xəbərlər
"Gent" - "Qarabağ" matçından - VİDEO
1/8 finalın bütün iştirakçıları müəyyən oldu - Konfrans Liqası
"Qarabağ" "Gent"ə qarşı - Konfrans Liqası
"Gent" - "Qarabağ" oyununun hakimləri - Konfrans Liqası
"Gent" qorxutdu - Rəqibinə 5 cavabsız qol vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası