reklam
Kamil  “Gent”ə kömək edə bilməyəcək -
Sportfm.az xəbər saytı

Kamil “Gent”ə kömək edə bilməyəcək -İTKİ


Belçikanın “Gent” klubunun müdafiəçisi Kamil Pyontkovski Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri ilk oyunda komandasına kömək edə bilməyəcək.

Sportfm.az xəbər verir ki, buna Polşadan olan 22 yaşlı futbolçunun zədələnməsi səbəb olub.

Belə ki, mərkəz müdafiəçi ötən gecə baş tutan Belçika çempionatının 25-ci tutunun “Vesterlo” ilə səfər oyununda (3:3) sıradan çıxıb. İkinci hissənin əvvəlində zədələnən futbolçu 52-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.

Xatırladaq ki, daha öncə “Gent”in hücumçusu Darko Lemayiçin zədə səbəbindən “Qarabağ”la hər iki oyunu buraxacağı açıqlanmışdı.

“Qarabağ”la “Gent” arasındakı ilk oyun fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab görüşü isə fevralın 23-də Gentdə baş tutacaq.

Oxşar xəbərlər

“Gent”in daha 2 oyunçusu “Qarabağ”la oyunu buraxacaq - Konfrans Liqası
“Qarabağ”dan 32 avroluq təklif - Konfrans Liqası
“Gent” Bakıya yola düşdü - FOTO
Bakıya 40 azarkeş gələcək - "Gent" dəstəksiz qalmayacaq
“Qarabağ”ın rəqibinin futbolçusu Bundesliqa klubunda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər