reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"nin sabiq məşqçisi dağıntılar altında qaldı


2009-2015-ci illərdə “Qəbələ” Futbol Akademiyasında qapıçı məşqçisi işləyən Uğur Kurt Türkiyədəki zəlzələ zamanı dağıntılar altında qalıb. 

Sportfm.az xəbər verir ki, “İskenderunspor” klubunda çalışan 53 yaşlı mütəxəssis zəlzələ olan vaxt klubun məşqçilər üçün ayrılmış binasında  olub. “İskenderunspor” klubunun digər məşqçisi Halil İbrahim Sönmez dağıntılar altından çıxarılsa da, Uğur Kurtdan hələ də bir xəbər yoxdur. Qeyd edək ki, “Qəbələ”nin sabiq məşqçisinin dünən çantası tapılıb.

Xatırladaq ki, Uğur Kurt “Zeytinburnuspor” (2004), “Qalatasaray” (2006), “Sarıyer” (2015), “Boluspor” (2016), “Karagümrük” (2016), “Manisaspor” (2017), “İstanbulspor” (2018), “Başakşehir” (2022) klublarında da fəaliyyət göstərib.

Oxşar xəbərlər

“Hatayspor” rəsmisi zəlzələdə ölüb
"Qəbələ"nin sabiq məşqçisi zəlzələdə vəfat etdi
Ahmet Eyüp Türkaslan həlak oldu
Binadan tullanan türkiyəli futbolçu yaralandı - Zəlzələ
"Hatayspor" idman direktoru və oyunçusu dağıntılar altında qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər