reklam
“Fənərbaxça”nın
Sportfm.az xəbər saytı

“Fənərbaxça”nın "canını" Adanada "yaktılar" -Super Liqa


Türkiyə Super Liqasında 22-ci tura yekun vurulub.

Sportfm.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.

“Kayserispor”la qarşılaşan “Başakşəhər” turu xalsız başa vurub. “Konyaspor” da evdə “İstanbulspor”a uduzub. “Adana Dəmirspor” – “Fənərbaxça” matçı isə heç-heçə bitib.

Hazırda 51 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 45 xalla ikinci, “Başakşəhər” 40 xalla üçüncüdür. “Beşiktaş”ın 39, “Adana Dəmirspor”la “Trabzonspor”un 38 xalı var.

Türkiyə Super Liqası
22-ci tur

31 yanvar

Alanyaspor – Sivasspor 0:3
Qol: Yatabare, 32; 45+2. Qradel, 50.

Fatih Karagümrük – Beşiktaş 1:1
Qol: Ozdoyev, 49 – C.Tosun, 33.

1 fevral

Qaziantep – Hatayspor 4:1
Qol: Yevtoviç, 38. Markoviç, 56; 77. Merkel, 88 – El Kaabi, 27.

Kasımpaşa – Girəsunspor 5:1
Qol: Fall, 14. Eysserik, 29-pen. A.Kara, 45+5-pen; 66. Ben Uanes, 50 – Saviçeviç, 10.

Qalatasaray – Ümraniyəspor 3:2
Qol: A.Bardakçı, 32. İkardi, 60-pen; 83 – U.Nayir, 11. O.Gurbulak, 39.

Trabzonspor – Antalyaspor 2:0
Qol: Trezeqe, 34. N.Ünüvar, 90+4.

2 fevral

Kayserispor – Başakşəhər 1:0
Qol: A.Karimi, 49.

Konyaspor – İstanbulspor 0:1
Qol: C.Karayel, 67-öz qapısına.

Adana Dəmirspor – Fənərbaxça 1:1
Qol: Ndiaye, 84-pen – Valensiya, 89.

Oxşar xəbərlər

“Qalatasaray” qol buraxdı, iki qol vurdu - SUPER LİQA
“Fənərbaxça”dan minimal hesablı qələbə - Super Liqa
“Fənərbaxça”dan böyükhesablı qələbə - Türkiyə Super Liqası
“İstanbulspor” 2 qolla qalib gəldi - Super Liqa
“Fənərbaxça”dan növbəti qələbə - Super Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər