reklam
“Neftçi” Kilanı heyətinə qatdı -
Sportfm.az xəbər saytı

“Neftçi” Kilanı heyətinə qatdı -RƏSMİ


“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun rəsmi saytında yer alan xəbərə görə, “ağ-qaralar” Qazaxıstan “Astana”sından ayrılan Kilan Lebonu transfer ediblər. 
Fransalı hücumameyilli futbolçu ilə 1,5+1 il müddətinə müqavilə bağlanıb. 26 yaşlı yarımmüdafiəçi “Neftçi”nin heyətində 22 nömrəli formanı geyinəcək. 
Kilan Lebon Fransanın “Amyen-2” (2014-2016), “Paris-2” (2016-2018), “Şambli” (2017-2018), “Paris” (2018-2020), “Qazelek Ayaçço” (2019-2020), “Kretey” (2020), Niderlandın “Utrext-2” (2019), Bolqarıstanın “Beroe” (2020-2022) və Qazaxıstanın “Astana” (2022) klublarında çıxış edib. 
Qeyd edək ki, “Neftçi” bundan əvvəl Azərbaycan millisinin müdafiəçisi Höccət Haqverdini transfer edib.

Oxşar xəbərlər

"Neftçi" Saldanya ilə müqavilənin müddəti məlum oldu - Detallar açıqlanmadı
"Sabah" millinin hücumçusu ilə gücləndi - Keçid
Maçado "Neftçi"də - RƏSMİ
"Neftçi"də fransalı futbolçu - 2 illik müqavilə
"Qəbələ" PSJ-nin sabiq futbolçusunu transfer etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər