Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Kəpəz” son oyunda qalib gəldi
“Kəpəz” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti sınaq matçını keçirib.
Sportfm.az xəbər verir ki, Tərlan Əhmədovun baş məşqçi olduğu komanda Qazaxıstan “Kaysar”ı ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 16:00-da başlayan oyunda Gəncə təmsilçisi böyük hesabla qalib gəlib – 3:0. 9-cu dəqiqədə Ahmed Ayzaya penaltidən hesabı açıbsa, 48-ci dəqiqədə Mate Kvirkviya 11 metrlik zərbəni dəqiq yerinə yetirib. 50-ci dəqiqədə isə Ayzaya dublunu rəsmiləşdirib.
Xatırladaq ki, gəncəlilər Antalyadakı ilk oyunda Macarıstanın “MTK Budapeşt” komandasını 1:0 hesabı ilə məğlub etmiş, daha sonra Serbiyanın “Novi Pazar” kollektivi ilə heç-heçə (0:0) oynamışdı.
Oxşar xəbərlər
“Qarabağ” Serbiya klubuna qalib gəldi
"Kəpəz" Serbiya təmsilçisi ilə bərabərə qaldı - Yoxlama oyunu
“Kəpəz” qalib gəldi
Gəncə klubu Antalyaya yola düşdü - FOTO
“Kəpəz” Macarıstan klubu ilə qarşılaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası