Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan Premyer Liqası qitənin ən zəifləri arasında
Avropada ölkə çempionatlarının cari mövsümdəki məhsuldarlığı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, qitədə payız-yaz sistemi üzrə keçirilən ən yüksək reytinqli 30 çempionatın ən məhsuldarı İsveçrə Superliqasıdı.
26 turdan sonra 429 qolun vurulduğu İsveçrə yüksək dəstəsində bu mövsüm orta hesabla hər matçda 3,33 top qeydə alınıb. İsveçrə çempionatı 3 qol səddini keçən yeganə birincilikdi. İspaniya La Liqası bu baxımdan 2-ci yeri tutursa, Kipr 1-ci liqası ilk "3-lüy”ü tamamlayır.
"Böyük beşlik” ölkələrindən İngiltərə Premyer Liqası 4-cü, İtaliya A seriyası 5-ci, Almaniya Bundesliqası 10-cu, Fransa Liqa 1-i isə 15-ci məhsuldar çempionatdı.
Azərbaycan Premyer Liqası isə Avropanın ən az qol vurulan çempionatlarından biridi. Geridə qalan 96 matçda 207 qol qeydə alınıb ki, hər oyuna orta hesabla 2,15 top düşür. Azərbaycan çempionatı bu baxımdan ilk "30-luq”dakı birinciliklərdən yalnız İsrail və Rusiya yüksək dəstələrini qabaqlayır.
1. İsveçrə. Superliqa: orta hesabla hər oyunda 3,33 qol
2. İspaniya. La Liqa: 2,90
3. Kipr. 1-ci liqa: 2,88
4. İngiltərə. Premyer Liqa: 2,84
5. İtaliya. A seriyası: 2,80
6. Polşa. Ekstraklasa: 2,79
7. Hollandiya. Erediviziya: 2,77
8. Belçika. 1-ci liqa: 2,74
9. Şotlandiya. Premyerşip: 2,72
10. Almaniya. Bundesliqa: 2,71
11. Avstriya. Bundesliqa: 2,70
12. Slovakiya. Superliqa: 2,65
13. Danimarka. Superliqa: 2,63
14. Sloveniya. 1-ci SNL: 2,62
15. Fransa. Liqa 1: 2,60
16. Türkiyə. Superliqa: 2,57
17. Macarıstan. I NB: 2,55
18. Ukrayna. Premyer Liqa: 2,48
19. Bolqarıstan. 1-ci liqa: 2,46
19. Moldova. Milli liqa: 2,46
21. Çexiya. 1-ci liqa: 2,42
22. Finlandiya. Veikkausliqa: 2,38
23. Rumıniya. 1-ci liqa: 2,37
23. Serbiya. Superliqa: 2,37
25. Xorvatiya. 1-ci HNL: 2,35
26. Portuqaliya. Primer Liqa: 2,32
27. Yunanıstan. Superliqa: 2,23
28. Azərbaycan. Premyer Liqa: 2,15
29. İsrail. HaAl liqa: 2,12
30. Rusiya. Premyer Liqa: 1,99
Oxşar xəbərlər
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
Premyer Liqamız ilk “10-luğ”a düşdü - Qayda pozuntularına görə
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
UEFA-dan reytinq: Azərbaycan 6-cı pillədə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası