reklam
Yığmanın sabiq futbolçusu vəfat etdi -
Sportfm.az xəbər saytı

Yığmanın sabiq futbolçusu vəfat etdi -58 yaşında


İtaliya yığmasının sabiq futbolçusu Canluka Vialli vəfat edib.

Sportfm.az xəbər verir ki, “Çelsi” və “Yuventus”dakı oyunları ilə tanınan keçmiş hücumçu 58 yaşında ölüb.

Onun ölümünə səbəb mədəaltı vəzi xərçəngi olub. Vialli uzun müddət xərçənglə mübarizə aparsa da, Milad bayramı ərəfəsində vəziyyəti pisləşib. O, ömrünün son günlərini xəstəxanada keçirib.

Qeyd edək ki, Canluka Vialli 1985-1992-ci illərdə İtaliya yığmasının heyətində keçirdiyi 59 oyunda 16 qola imza atıb.

Oxşar xəbərlər

"Atletiko"nun sabiq futbolçusu vəfat etdi
Canluka Vialli yad edildi – FOTO
Millinin keçmiş futbolçusu dünyasını dəyişdi
Həbsdə olan dünya çempionu vəfat etdi - FOTO
İtaliya yığmasının sabiq qapıçısı vəfat etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər