"Neftçi" toplanışa itkilərlə başladı -FOTO
"Neftçi" təlim-məşq toplanışına start verib.
Sportfm.az xəbər verir ki, Türkiyənin Antalya şəhərinin Belek bölgəsindəki "Gloria Verde Resort" hoteldə məskunlaşan komanda bu gün iki məşqə çıxıb. Səhər və axşam hazırlıqlarında əsasən fiziki və toplu çalışmalar icra olunub.
Üç futbolçu – yeni əməliyyat olunmuş Fərid Yusifli və zədəli Voislav Stankoviçlə Eddi İsrafilov toplanışa qatılmayıblar. Əvəzində, zədə səbəbindən uzun müddətdir "ağ-qaralar"dan uzaq qalan Sezar Meza Kolli “ağ-qaralar”ın hazırlıq prosesinə qoşulub.
Qeyd edək ki, "Neftçi" Türkiyədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Komanda yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Medz Leqnitsa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin nəhənglərindən olan “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.




Oxşar xəbərlər
"Neftçi" Macarıstan klubu ilə nə vaxt oynayacaq? - Dəqiqləşdi
“Neftçi” günü bir məşqlə başa vurdu - Toplanış
“Neftçi”nin qış hazırlıq planı - "Srvena Zvezda" ilə qarşılaşacaq
"Neftçi" toplanışa itkilərlə yollandı - Antalya şəhərinə
“Neftçi”nin qış hazırlıq planı məlum oldu - 3 yoxlama görüşü keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası