reklam
Azərbaycanda 7 idmançı dopinqə görə cəzaya məruz qalıb -
Sportfm.az xəbər saytı

Azərbaycanda 7 idmançı dopinqə görə cəzaya məruz qalıb -AMADA açıqladı


AMADA 2022-ci ilin yekunlarına dair tədbir keçirib.

Sportfm.az xəbər verir ki, toplantıda qurumun direktoru Şəfəq Hüseynli bildirib ki, AMADA fəaliyyət göstərdiyi 6 il ərzində ölkəmizdə idmana dopinq nəzarətini təmin etməklə yanaşı, qabaqcıl antidopinq təşkilatlarından birinə çevrilib. Hüseynli cari ildə görülən işlərdən də danışıb. 2022-ci ildə idmançılardan 1456 test götürülüb. Bunlardan 770 yarışda, 686-sı isə yarışdan kənarda olub. 2022-ci ildə 7 qayda pozuntusu aşkarlanıb. Boksda 2, ağır atletikada 2, güləş, karate və Kikboksinq idman növlərində də qaydaları pozan idmançılar olub.

Antidopinq qayda pozuntularının aşkarlanmasında aparılan təhqiqatların böyük rolu var. Bu il AMADA 382 məsələ haqqında araşdırma aparıb. 

Şəfəq Hüseynli deyib ki, bu il AMADA üçün beynəlxalq uğurlardan biri də Pekin 2022 qış Paralimpiya Oyunlarında Antidopinq Proqramı üzrə ÜADA-nın müstəqil müşahidəçi qrupuna rəhbərliyin ilk dəfə Azərbaycana həvalə edilməsi olub.

Oxşar xəbərlər

AMADA-nın illik hesabatı: 1100 antidopinq testi, 7 qayda pozuntusu
“Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub” - AMADA
ÜADA Şəfəq Hüseynlinin rəhbərlik etdiyi qrupun hesabatını dərc edib
AMADA açıqladı - Antidopinq qayda pozuntularını
İdmançımız 12 illik diskvalifikasiya olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər