"Yuventus" A seriyasından kənarlaşdırılır
“Yuventus” maliyyə fırıldaqlarına görə B Seriyasına düşmək riski ilə üzləşib.
Sportfm.az xəbər verir ki, bu barədə idman hüququ üzrə ekspert Mattia Qrassani məlumat verib: "Bu, "Yuventus"un indiyə qədər məruz qaldığı ən ciddi istintaqdır. Qeyri-qanuni fəaliyyətlər fond bazarı qaydaları ilə yanaşı, korporativ və idman qaydalarını da əhatə edir. Bu, görünməmiş haldır. “Yuventus” təkcə cərimə və cəza riski ilə üzləşmir. Qanuna görə, komandanı A Seriyasından xaric etmək mümkündür.
Qaydalar göstərir ki, əgər çempionata qeydiyyat sənədlərdə dəyişikliklər, 2021/2022 mövsümündə oyunçulara görə ödənişlərin təxirə salınması ilə bağlı özəl razılaşmalar və ya hətta uydurma imtina yolu ilə əldə edilirsə, klub çempionatdan kənarlaşdırıla və İtaliya çempionu titulunu itirə bilər”.
Qeyd edək ki, Turin klubunun gizli şəkildə 17 futbolçuya təxminən 60 milyon avro ödədiyi bildirilir. Noyabrın 29-da prezident Andrea Anyelli və onun müavini Pavel Nedvedin yer aldığı rəhbərlik istefa verib.
Oxşar xəbərlər
“Yuventus” kubu satışa çıxarıldı
"Yuventus"un xalları silindi - RƏSMİ
“Yuventus”un yeni prezidenti
“Yuventus” "başsız" qaldı - İstefa
“Yuventus”un oyunçuları maaşdan imtina etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Avropa çempionatında ilk medalı Əhməd Yusifov qazandı















Misli Premyer Liqası