reklam
FİFA  Keniyanı əhv etdi -
Sportfm.az xəbər saytı

FİFA Keniyanı əhv etdi -QƏRAR


FİFA 2022-ci ilin fevralında Keniya Futbol Federasiyasına (FKF) qoyulmuş cəzanın ləğvi barədə qərar qəbul edib.

Sportfm.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qərar FKF-nın baş katibi Barri Otienonun FİFA-ya göndərdiyi məktubdan sonra qəbul edilib. O, Keniya hökumətinin yeni təyin olunmuş nazirlər kabinetinin idman katibi tərəfindən təmsil olunduğunu təsdiqləyib. Beləliklə, hökumət federasiyanın işinə qarışmayacağına zəmanət verib. Qadağa aradan qaldırıldıqdan sonra FKF-nın növbəti addımları müəyyən etmək üçün Nayrobiyə FİFA-CAF missiyası göndəriləcək.

FİFA-nın açıqlamasında FKF-nin fəaliyyətinin dayandırılması barədə qərarın ləğvinin milli səviyyədə davam edən araşdırmalara və məhkəmə proseslərinə xələl gətirmədən baş verəcəyinə inam ifadə olunub.

Bu ilin əvvəlində Keniya ilə yanaşı, Zimbabveyə də siyasi müdaxilə səbəbinə görə qadağa tətbiq olunub.

Oxşar xəbərlər

FİFA-da baş katib vəzifəsi Mattiasa həvalə olundu
Ukrayna Rusiyanın FIFA və UEFA-dan çıxarılmasını tələb etdi
Keniya və Zimbabve Afrika Millətlər Kubokundan kənarlaşdırıldı
Futbol Federasiyası işinə davam edəcək - Qərar
FİFA-dan Bakı klubuna transfer qadağası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər