reklam
Valensiya Niderlandı da peşman etdi -
Sportfm.az xəbər saytı

Valensiya Niderlandı da peşman etdi -Dünya çempionatı


Qətərdə təşkil olunan dünya çempionatında bu gün qrup mərhələsinin ikinci turuna start verilib.

Sportfm.az xəbər verir ki, A və B qruplarında ümumilikdə 4 görüş baş tutacaq.

Günün ilk matçı B qrupunda Uels və İran yığmaları arasında olub. İran yığması bu matçın son dəqiqələrində vurulan 2 qol sayəsində inamlı qələbəyə sevinib.

Ardınca A qrupunda Qətər – Seneqal və Niderland – Ekvador oyunları keçiriləcək.

Günə A qrupunun İngiltərə – ABŞ matçı ilə yekun vurulacaq.

Dünya çempionatı
25 noyabr

A qrupu

Qətər – Seneqal 1:3
Qol: Məhəmməd Muntari, 78 – Bulaye Dia, 41. Famara Dyedyu, 48. Bamba Dyenq, 84.
Baş hakim. Antonio Migel Mateu Laos (İspaniya).
“Al Tumama” stadionu.

Qətər: 22. Meşal Barşam, 2. Pedro Migel, 17. Məhəmməd İsmael, 16. Bualem Xuki, 3. Hassan Abdelkerim, 14. Homam Ahmed, 10. Hasan Əl-Haydos (k), 12. Karim Budiaf, 23. Assim Madibo, 19. Almoez Ali, 11. Akrem Afif.
Seneqal: 16. Eduard Mendi, 22. Abdu Diallo, 14. İsmail Yakobs, 3. Kalidu Kulibali (k), 21. Yussuf Sabali, 6. Nampalis Mendi, 5. Queye İdrissa, 18. İsmaila Sarr, 19. Famara Dyedyu, 15. Krepin Diatta, 9. Bulaye Dia.

Niderland – Ekvador 1:1
Qol: Kodi Qakpo, 6 – Enner Valensiya, 49..
Baş hakim: Mustafa Qorbal (Əlcəzair).
“Xəlifə” stadionu.

Niderland: 23. Andris Noppert, 22. Denzel Dumfris, 4. Vircil van Deyk (k), 5. Natan Ake, 17. Deyli Blind, 21. Frenki De Yonq, 8. Kodi Qakpo, 14. Devi Klaassen, 7. Stiven Berqveyn, 2. Yurrien Timber, 20. Tön Kopmeyners.
Ekvador: 1. Ernan Qalindes, 2. Feliks Torres, 3. Pyero İnkapye, 7. Pervis Estupinyan, 17. Anxelo Presiado, 19. Qonsalo Plata, 20. Cekson Mendes, 23. Moyses Kaysedo, 11. Mikael Estrada, 13. Enner Valensiya (k), 25. Cekson Poroso.

Xal: Niderland – 3, Ekvador – 3, Seneqal – 3, Qətər – 0.

B qrupu

Uels – İran 0:2
Qol: Rozbeh Çeşmi, 90+8. Ramin Rezaeyan, 90+11.
Qırmızı vərəqə: U.Hennesi, 86.
Baş hakim: Mario Eskobar (Qvatemala).
“Əhməd Bin Əli” stadionu.

Uels: 1. Ueyn Hennessi, 5. Kris Mefam, 6. Co Rodon, 4. Ben Deyvis, 14. Konnor Roberts, 15. İtan Ampadu, 10. Aaron Remzi, 8. Harri Uilson, 3. Neko Uillyams, 11. Qaret Beyl (k), 13. Kiffer Mur.
İran: 20. Hüseyn Hüseyni, 3. Ehsan Həcsəfi, 5. Milad Muhammədi, 23. Ramin Rezaeyan, 19. Macid Hüseyni, 6. Səid İzzətulahi, 17. Əli Quluzadə, 21. Əhməd Nurullahi, 20. Sərdar Azmun, 9. Mehdi Taremi, 8. Murtaza Purilaqanji.

23:00. İngiltərə – ABŞ
Baş hakim: Xesus Valensuela (Venesuela).
“Əl Bayt” stadionu.

Xal: İngiltərə – 3, İran – 3, ABŞ – 1, Uels – 1.

Oxşar xəbərlər

Amerikalılar İranı Tehrana yola saldı - Dünya çempionatı
Ekvador qrupda qaldı, Niderland isə... DÇ-2022
Qətər - Seneqal - START HEYƏTLƏR
Dünya çempionatında 2-ci tura start verilir - DÇ-2022
Niderland qalib gəldi - DÇ-2022

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər