Millimiz bu məkanda oynayacaq -Dəqiqləşdi
Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində Avstriya ilə səfər oyununun Linsdə keçiriləcəyi dəqiqləşib.
Sportfm.az xəbər verir ki, bunu Avstriya Futbol Assosiasiyasının maliyyə meneceri Bernhard Neuhold açıqlayıb.
O bildirib ki, seçmə mərhələdə Azərbaycan və Estoniya ilə ilk iki ev matçı yeni tikilən “Raiffeisen Arena”da baş tutacaq. Bununla Avstriya yığması 1981-ci ildən sonra ilk dəfə Linsdə rəsmi görüşə çıxacaq.
17 min tamaşaçı tutumuna malik “Raiffeisen Arena”da açılış matçı fevralın 24-də ölkə çempionatının 19-cu turu çərçivəsində LASK-la “Lustenau” arasında olacaq.
Qeyd edək ki, AÇ-2024-ün seçmə mərhələsinin ilk iki turunda Avstriya millisi martın 24-də Azərbaycanı, 27-də isə Estoniyanı qəbul edəcək.
Oxşar xəbərlər
Millimiz Avstriyaya qarşı - AÇ-2024
Mətbuat konfransının vaxtı bilindi - AÇ-2024
Avstriya - Azərbaycan oyununa 17 000 bilet satıldı - AVRO-2024
Avstriya – Azərbaycan matçının keçiriləcəyi stadion açıqlandı - AÇ-2024
Yeni stadionda ilk oyun Azərbaycana qarşı olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Beşiktaş” “Kristal Pelas”a, “Yuventus” “Renn”ə qarşı - Avropa Liqası
-
Azərbaycan millisinin açıq məşqi təşkil olundu - FIFA U-15 dünya çempionatı
-
75 yerli və 6 əcnəbi hakim təyinat aldı - FIFA U-15 dünya çempionatı
-
FİFA referimizə UEFA-dan təyinat
-
Tennisçilərimiz Latviyaya yollandı
-
MOİK-dən inamlı qələbə - I Liqa














Misli Premyer Liqası