reklam
Sportfm.az xəbər saytı

"Mən adətən şanslı oluram" -Van Qal


Niderland millisinin baş məşqçisi Lui Van Qal DÇ-2022-dəki iddilarından danışıb.

Sportfm.az xəbər verir ki, o, FİFA-nın mətbuat xidmətinə açıqlamasında mundial qalibi olmaq istədiklərini bildirib:

“Mən dünya çempionatında qalib olmaq istəyirəm. Təbii ki, komandamızın bunu edəcəyi mütləq deyil. Ancaq bu mənim məqsədimdir. Qarşına hədəf qoyanda məqsədə çatmaqda kömək edir. Bəlkə, kimsə məni çox iddialı hesab edəcək, amma əslində bu belədir. Futbolçularıma inanıram, futbol təkcə taktika ilə məhdudlaşmır, sizə bir az bəxt lazımdır. Mən adətən şanslı oluram".

Qeyd edək ki, Niderland millisi A qrupunda Qətər, Ekvador və Seneqalla birgə mübarizə aparacaqlar.

 

Oxşar xəbərlər

ABŞ İrana qarşı - DÇ-2022
Dünya çempionatında 2-ci tura start verilir - DÇ-2022
Niderland və İngiltərə 2-ci qələbə sorağında - Qətər 2022
Niderland millisinin heyəti - DÇ-2022
Həmişəki hadisə - azərbaycanlı futbolçu geri qayıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər