reklam
Muslera rekord vura bilər -
Sportfm.az xəbər saytı

Muslera rekord vura bilər -Yekun heyət


Futbol üzrə Uruqvay millisinin bu il Qətərdə təşkil olunacaq dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Sportfm.az xəbər verir ki, 26 nəfərlik siyahıda Luis Suares, Edinson Kavani, Darvin Nunyes və Federiko Velverde kimi oyunçular da yer alıb.

Qapıçılar: Fernando Muslera ("Qalatasaray", Türkiyə), Serxio Roçet ("Nasyonal"), Sebastyan Sosa ("İndependyente", Argentina)

Müdafiəçilər: Xose Mariya Ximenes ("Atletiko" Madrid, İspaniya), Sebastyan Koates ("Sportinq", Portuqaliya), Dieqo Qodin ("Atletiko Mineyro", Braziliya), Martin Kaseres ("Los-Anceles Qelaksi”, ABŞ), Ronald Arauxo ("Barselona", İspaniya), Xose Luis Rodriges (“Nasyonal"), Luis Espino ("Kadis", İspaniya), Matias Oliveyra ("Napoli", İtaliya), Matias Vinya ("Roma", İtaliya)

Yarımmüdafiəçilər: Rodriqo Bentankur ("Tottenhem", İngiltərə), Felipe Karbalyo, Felipe Karbalyo (hər ikisi "Nasyonal"), Matias Vesino ("Latsio", İtaliya), Xiorxyan de Arraskaeta ("Flamenqo", Braziliya), Fakundo Pelyistri ("Mançester Yunayted", İngiltərə), Martin Satriano ("Empoli", İtaliya), Fakundo Torres ("Orlando Citi", ABŞ)

Hücumçular: Darvin Nunyes ("Liverpul", İngiltərə), Luis Suares ("Nasyonal"), Edinson Kavani ("Valensiya", İspaniya), Nikolas Lopes ("UANL Tiqres", Meksika)

Qeyd edək ki, Uruqvay millisi mundialda Portuqaliya, Qana və Cənubi Koreya ilə birlikdə H qrupunda mübarizə aparacaq.

 

Oxşar xəbərlər

Portuqaliya Qana ilə döyüşdən qalib çıxdı - DÇ-2022
Uruqvay xal itkisi ilə üzləşdi - Dünya çempionatı
Ronaldosuz Dünya Çempionatı olmayacaq
Dünyanın ən sadiq futbol azarkeşləri - SİYAHI
DÇ-2018: Uruqvay lider, Rusiya ikinci oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər