reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın pley-offdakı rəqibi müəyyən oldu


Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Sportfm.az xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki qərargahında təşkil olunan mərasimdə təmsilçimiz "Qarabağ"ın də rəqibi müəyyənləşib. Ağdam klubu pley-offda Belçika "Gent"i ilə qarşılaşaq.

Qeyd edək ki, "Gent" hazırda Belçika Liqasında 6-cı pillədə qərarlaşıb.

Pley-off mərhələsinin oyunları fevralın 16 və 23-də olacaq. "Qarabağ" ilk oyununu evdə keçirəcək.

Qeyd edək ki, “Genk” bu mövsüm KL-in qrup mərhələsində “Yurqorden” (İsveç), “Mölde” (Norveç) və “Şemrok Rovers”lə (İrlandiya) eyni qrupda yarışıb və 8 xalla 2-ci yeri tutub. Bekçika təmsilçisi bu 8 xalı “Mölde” və “Şemrok Rovers”lə oyunlarda (hər birində 4) qazanıb. Onlar qrupu lider kimi başa vuran “Yurqorden”lə hər iki görüşdə isə məğlub olub.

Əlavə edək ki, Konfrans Liqasında qrup qalibi olan 8 komanda – “Alkmaar” (Niderland), “Yurgorden” (İsveç), “Başakşəhər” (Türkiyə), “Sivasspor” (Türkiyə), “Vilyarreal” (İspaniya), “Nitsa” (Fransa), “Vest Hem” (İngiltərə) və “Slovan” (Slovakiya) birbaşa 1/8 finaldan mübarizəni davam etdirəcək.

Oxşar xəbərlər

1/8 final mərhələsinin cütləri bilindi - Konfrans Liqası
Konfrans Liqasında pley-offun püşkü atıldı
"Qarabağ"ın pley-offdakı rəqibi məlum olacaq - Konfrans Liqası
Pley-offun bütün komandaları məlumdur - Konfrans Liqası
“Başakşəhər” “Fiorentina”ya qarşı - Konfrans Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər