Aleksandr Səmədov bosniyalıları qorxaq adlandırdı
Əslən azərbaycanlı olan, “Spartak”ın və Rusiya yığmasının sabiq futbolçusu Aleksandr Səmədov millinin Bosniya və Herseqovina ilə yoldaşlıq oyununun ləğv edilməsinə münasibət bildirib.
Sportfm.az “RBC Sport”-a istinadən xəbər verir ki, Səmədov, indiki vəziyyətdə hər şeyin ola biləcəyini deyib:
“Rusiya – Bosniya oyunu keçirilsəydi, yaxşı olardı, amma indiki vəziyyətdə hər şey ola bilər. Ona görə də, qərara gəldik ki, indi heç nəyi dəyişmək olmaz. Qarşı tərəf əvvəlcə razılaşdı, sonra narazılıq etdi. Görünür, nədənsə qorxdular, ona görə də, matçı ləğv etmək qərarına gəldilər. Səbəb qorxu idi. Bundan sonra Avropa komandaları ilə yoldaşlıq görüşləri ilə bağlı razılığa gələ bilməyəcəyimizi bilirik”.
Rusiya millisi növbəti yoldaşlıq oyununda Tacikistan yığması ilə qarşılaşacaq. Görüş noyabrın 17-də, Düşənbədə keçirilməlidir.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçib. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Oxşar xəbərlər
FİFA-dan Rusiyaya “yaşıl işıq”
Rusiya və Belarus cüdoçuları ilə bağlı qərar verildi - Yarışlarada iştirak etməyəcəklər
Belarus klubu ev oyunlarını Azərbaycanda keçirəcək
Ruslar daha bir ukraynalı futbolçunu öldürdü
Rusiya FİFA-dan uzaqlaşdırılacaq - Martın 31-də
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi















Misli Premyer Liqası