Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Suares Uruqvay çempionu oldu
Luis Suares Uruqvay çempionu olub.
Sportfm.az xəbər verir ki, bu yay doğma vətəninə qayıdıb “Nasyonal” klubu ilə müqavilə bağlayan 35 yaşlı hücumçunun komandası pley-off mərhələsinin finalında “Liverpul”la (Montevideo) qarşılaşıb. Matç 4:1 hesabı ilə “Nasyonal”ın xeyrinə başa çatıb. Qollardan ikisini Suares vurub.
Bu, Suaresin ikinci Uruqvay çempionluğu olub. O, ilk dəfə bu titulu elə indiki komandası “Nasyonal”la 2005/06 mövsümündə qazanıb. Bundan sonra Suares karyerasını Avropada davam etdirib.
Oxşar xəbərlər
Braziliya klubu top hücumçu aldı
Suares Braziliya klubu ilə anlaşdı
Suaresin yeni klubu məlum oldu
Suares Messinin rekordunu qırdı - DÇ-2022
Luis Suares virusa yoluxdu - Millidə oynamayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası