reklam
Quliyev və Sadıqovun komandası kubokda uduzdu
Sportfm.az xəbər saytı

Quliyev və Sadıqovun komandası kubokda uduzdu


Futbol üzrə Rusiya kubokunda qrup mərhələsinin oyunları keçirilir.

Sportfm.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Moskva “Lokomotiv”i ilə qarşılaşıb. Azərbaycanlı futbolçuların komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Hər iki futbolçu meydana start heyətdə çıxıb. Quliyev fasilədə, Sadıqov isə 59-cu dəqiqədə əvəzlənib.

Cəmi 1 xalı olan “Ximki” 4 komandalı qrupda sonuncu pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Futbolçularımız oynadı, komandaları qələbə qazandı
Quliyevdən uğursuz debüt
Ayaz Quliyevin komandası qələbə qazandı - Premyer Liqa
Ayazlı “Arsenal” “Ximki”yə qarşı oynadı - Premyer Liqa
Kamran Əliyevin komandası 3 qol buraxdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər