reklam
AFFA-da danışılmış oyunlarla bağlı seminar keçirildi
Sportfm.az xəbər saytı

AFFA-da danışılmış oyunlarla bağlı seminar keçirildi


AFFA-nın inzibati binasında maarifləndirmə məqsədilə Azərbaycan Premyer Liqası və birinci divizion klublarının “Danışılmış oyunlar”a qarşı məsul şəxsləri üçün seminar təşkil olunub.

Sportfm.az xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb, təqdim edilən məlumat və prezentasiyalar əsasında yoxlama testləri keçirilib.

İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Oxşar xəbərlər

Danışılmış oyunlarla bağlı seminar keçirildi - FOTO
Danışılmış oyunlarla bağlı növbəti seminar
AFFA mühazirə təşkil etdi - FOTO
Tovuzda danışılmış oyunlarla bağlı seminar keçirildi
"Kəpəz"ə seminar keçirildi - Danışılmış oyunlarla bağlı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər