“Qarabağ” üçün iki yubiley -Avrokuboklarda
Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində baş tutan Yunanıstan “Olimpiakos”u ilə səfər oyunu Azərbaycan çempionu “Qarabağ” üçün əlamətdar olub.
Sportfm.az xəbər verir ki, rəqib qapısından 3 cavabsız top keçirən Ağdam təmsilçisi bu oyunda avrokuboklardakı yubiley qələbəsinə imza atıb.
Belə ki, “Olimpiakos” üzərindəki 3:0 hesablı qələbə Ağdam klubunun avrokuboklarda 25-ci səfər zəfəridir. Qitəmiqyaslı turnirlərdə 1996-cı ildən çıxış edən “Qarabağ” 26 ildə 76 səfər oyunu keçirib. 25 qələbə və 17 heç-heçəsi olan Ağdam təmsilçisi 34 dəfə məğlub olub.
Rəqib qapılarından 76 top keçirən “Qarabağ” 111 qol buraxıb. Yunanıstanda təmsilçimizin ikinci qolunu vuran Marko Veşoviç təmsilçimizin 75-ci səfər qolunun müəllifi olaraq klubun tarixinə düşüb.
Oxşar xəbərlər
“Qarabağ”dan tarixi rekord
“Sabah”ın yubiley qolu - Premyer Liqa
"Qarabağ"ın 400-cü səfər oyunu
"Qarabağ"ın 30-cu səfər qələbəsi
"Qarabağ"dan yubiley qələbəsi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Azərbaycan klubu Çempionlar Liqasında
-
"Sabah" - "Qarabağ" oyunu Rəşad Əhmədova tapşırıldı - Premyer Liqa
-
Komandamız "Srvena Zvezda"ya qalib gəldi - Avropa Kuboku
-
“Beşiktaş” “Kristal Pelas”a, “Yuventus” “Renn”ə qarşı - Avropa Liqası
-
"Lill" - "Qalatasaray" - VİDEO














Misli Premyer Liqası