reklam
Sportfm.az xəbər saytı

"Kəpəz" qələbə qazandı - Yenilənib


Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura start veriləcək.

Sportfm.az xəbər verir ki, turun ilk oyunu Gəncədə keçiriləcək. Bu il qələbəyə həsrət qalan "Kəpəz” 4-cü pillədə qərarlaşmış "Zirə”ni qəbul edəcək. "Kəpəz” bu matçda qələbə qazanmaqla turnir cədvəlində "Neftçi”ni geridə qoymağı hədəfləyib. Paytaxt təmsilçisi isə qərarlaşdığı 4-cü pillədəki mövqeyini bir qədər də möhkəmləndirməyə çalışacaq.

Günün son oyununda "İnter”lə "Sumqayıt” üz-üzə gələcək. Zaur Svanadzenin komandası 3-cü pillədəki yeri əldən verməmək üçün mübarizə aparır. "Kimyaçılar” isə hələ də avrokuboklara vəsiqəyə ümid edirlər.

Turun qalan iki oyunu sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası, 22-ci tur

13 mart 

Kəpəz - Zirə 1:0

Qol: Julien Ebah, 56.

Hakimlər: Fariz Yusifov, Vüqar Bayramov, Cəmil Quliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə. Şəhər stadionu, 15:00

Kəpəz: 30. Davud Kərimi, 21. Novruz Məmmədov, 25. Şəhriyar Əliyev, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 18. Tural Axundov (k), 19. Orxan Əliyev, 77. Serjio Kosta, 10. Dario Federiko, 90. Julien Ebah

Ehtiyat oyunçular: 88. Tadas Simaitis, 6. Ceyhun Cavadov, 80. Tural Rzayev, 68. Əli Nuri, 7. Vüqar Bəybalayev, 23. Tural Nərimanov, 15. Azad Kərimov

Baş məşqçi: Şahin Diniyev

Zirə: 85. Kamal Bayramov (k), 5. Adil Nağıyev, 39. Sadiq Quliyev, 23. Yovan Krneta, 16. Akim Latifu, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 28. Təmkin Xəlilzadə, 20. Sezar Meza Kolli, 43. Riçard Qadze, 7. Amadu Sanqar

Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 10. Elvin Məmmədov, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 26. Georgi Qorozia, 92. Cavid Tağıyev, 98. Elçin Əliyev

Baş məşqçi: Ayxan Abbasov

İnter - Sumqayıt

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vüsal Qənbərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
Bakı. "İnter Arena”, 18:00


Oxşar xəbərlər

"Qarabağ" minimal hesablı qələbə qazandı
Vaqif Cavadov 90-da vurdu
"İnter" "Zirə" ilə, "Neftçi" "Kəpəz"lə heç-heçə etdi
"Zirə"dən qələbə, Sumqayıtda sülh
Topaz Premyer Liqası: "Zirə" qalib gəldi, "Kəpəz" Bakıdan heç-heçə ilə dönür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər