reklam
Dünya çempionu “Shusha Chess 2022” turnirə qatılacaq
Sportfm.az xəbər saytı

Dünya çempionu “Shusha Chess 2022” turnirə qatılacaq


Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada keçiriləcək ilk beynəlxalq şahmat turnirinin iştirakçı siyahısında dəyişiklik olub.

Sportfm.az xəbər verir ki, “Shusha Chess 2022”də qadınların yarışında Nurgül Səlimova (Bolqarıstan) iştirak etməyəcək.

Onun əvəzinə yeniyetmələr arasında dəfələrlə dünya çempionu olan Meri Arabidze (FİDE reytinqi 2422, Gürcüstan) mübarizə aparacaq.

Qadınların yarışında Azərbaycan millisinin üzvləri, Günay Məmməzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, eyni zamanda Ümumdünya Şahmat Olimpiadasının qalibi, Avropa çempionu Nana Dzaqnidze (Gürcüstan), yeniyetmələr arasında dünya və Avropa çempionu, ölkəsinin ən reytinqli qadın şahmatçısı Marsel Efroimski (İsrail), 18 yaşlılar arasında dünya çempionu Jolanta Zavadzka (Polşa), Türkiyə çempionu Kübra Öztürk Güvənli (Türkiyə) çıxış edəcək.

“Shusha Chess 2022” turniri 21-24 sentyabrda keçiriləcək.

Oxşar xəbərlər

Rəcəbov Məmmədyarova qarşı - Shusha Chess 2022
Şəhriyar Şuşada liderdir - Beynəlxalq turnir
"Shusha Chess 2022" turnirinin püşkü atıldı - SİYAHI
"Shusha Chess"in mükafat fondu açıqlandı
Shusha Chess 2022-in rəsmi saytı təqdim olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər