“Qələbəmizi şəhidlərə həsr edirik” –Qurban Qurbanov
“Fərqli hissələr oldu. Amma bizim üçün ilk yarıda intizamlı oynamaq vacib idi. İlk dəqiqələrdən ehtiyatlanırdıq. Çünki rəqibin heyətində bacarıqlı futbolçular var. Onları saxlamağa çalışırdıq. Çox maraqlı qələbə oldu. Belə böyük komandanı 3 cavabsız qolla məğlub etmək hamımızı sevindirir. Hər kəsi təbrik edirəm”.
Sportfm.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Fransanın “Nant” komandasına 3:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin 2-ci tur oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib.
O, qələbəni şəhidlərə və Azərbaycan Ordusuna həsr etdiklərini söyləyib:
“Bu gün əlavə şəhidlərimiz oldu. Çox üzüldük. Belə bir gündə qalib gəlmək istəyirdik. Ona görə həyəcan var idi. Allah ordumuzu qorusun”.
Oxşar xəbərlər
Fransız mütəəssis “Qarabağ”ı təriflədi
Qurban Qurbanov: “3:0 hesabı ilə qalib gəlməyimiz heç kimi aldatmamalıdır”
"Azarkeşlərin oyunçulara böyük təzyiqi var idi" - Qurban Qurbanov
“Futbolçuları yox, əsgərlərimi təbrik edirəm” - Qurban Qurbanov
"Hər şey istədiyimiz kimi alındı" - Qurban Qurbanov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası