Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sabah"ın yeni transferi milliyə çağırıldı
"Sabah" klubunun yeni transferi Aleksey Kaşuk 21 yaşadək futbolçulardan ibarət Ukrayna millisinə çağırılıb.
Sportfm.az xəbər verir ki, baş məşqçi Ruslan Rotan Slovakiya ilə 2023-cü il Avropa çempionatının pley-off matçları üçün 22 yaşlı yarımmüdafiəçiyə də dəvət göndərib. Lakin gənc oyunçu B siyahısı üçün sifariş olunub.
Ukrayna və Slovakiya arasında qarşılaşmalar sentyabrın 23-ü və 27-də oynanılacaq. "Minay"ın formasını geyinən azərbaycanlı yarımmüdafiəçi Eldar Quliyev də yığmaya çağırılanlar arasındadır. Kaşukdan fərqli olaraq, Quliyev əsas siyahıdadır.
Qeyd edək ki, "Sabah" Aleksey Kaşuku Ukraynanın "Şaxtyor" (Donetsk) klubundan cari mövsümün sonunadək icarəyə götürüb. Futbolçu ötən mövsüm də Bakı klubunda çıxış edib.
Oxşar xəbərlər
Eldar Quliyev Ukrayna millisinə çağırıldı
“Sabah”ın oyunçusu Ukrayna millisində
Azərbaycanlı futbolçu Ukrayna yığmasına dəvət aldı
Kaşuk qayıtdı - TRANSFER
Azərbaycan millisinin heyəti açıqlandı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası