reklam
İlham Əliyev Dünya və Avropa Karate Federasiyasının prezidentini qəbul etdi -
Sportfm.az xəbər saytı

İlham Əliyev Dünya və Avropa Karate Federasiyasının prezidentini qəbul etdi -FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Dünya və Avropa Karate Federasiyasının prezidenti Antonio Espinosu qəbul edib.

Sportfm.az xəbər verir ki, söhbət zamanı Azərbaycanda idmanın bütün növlərinə, o cümlədən karate növünə dövlət səviyyəsində dəstək göstərildiyi və ölkəmizin idman sahəsində əldə etdiyi nailiyyətlər qeyd olundu. Karateçilərimizin nüfuzlu beynəlxalq idman yarışlarında, xüsusilə Olimpiya Oyunlarında qazandığı uğurlar vurğulandı.

Görüşdə Bakıda keçirilən Dünya Karate Federasiyasının ən nüfuzlu yarışı olan Karate1 Premyer Liqa turnirinin əhəmiyyətindən söhbət açıldı. Bildirildi ki, bu turnirin keçirilməsi ölkəmizin mühüm beynəlxalq idman tədbirlərinə yüksək səviyyədə ev sahibliyi etməsini bir daha göstərir.

Dövlətimizin başçısı Antonio Espinosa Azərbaycan Karate Federasiyasının fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı ölkəmizdə idmanın bu növünə çox sayda gənclərin və uşaqların böyük marağının olduğu məmnunluqla vurğulandı.

Oxşar xəbərlər

Prezident Tomas Baxı qəbul etdi - FOTO
İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini qəbul etdi - FOTO
Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verdi - 63 qızıl, 37 gümüş, 59 bürünc
Prezident İlham Əliyev Vizeri qəbul etdi - FOTO
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüblər - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər