Milli komandamız ABŞ-a yola düşdü
Kişi boksçulardan ibarət Azərbaycan millisi ABŞ-a təlim-məşq toplanışına yollanıb.
Sportfm.az xəbər verir ki, baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayevin rəhbərliyi altında Kolorado ştatının Denver şəhərində baş tutacaq hazırlıqda Olimpiya çəki dərəcələri üzrə 9 idmançı iştirak edəcək.
Toplanışa ilkin olaraq Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5), Nəbi İsgəndərov (67 kq) və Məhəmməd Abdullayev (+92 kq) yollanıblar. Komandaya Tayfur Əliyev (60 kq) avqustun 26-da, Nicat Hüseynov (51 kq), Sərxan Əliyev (71 kq) və Alfonso Dominges (92 kq) isə sentyabrın 2-də hazırlığa qoşulacaq.
Məşqlər sentyabrın 7-dək davam edəcək. Yığma daha sonra ABŞ-da beynəlxalq turnirə qatılacaq. Yarış 7 - 16 sentyabrda baş tutacaq. Azərbaycan millisi sentyabrın 17-də Vətənə qayıdacaq.
Oxşar xəbərlər
Boksçularımız ABŞ-yə yollandı - Toplanış
Yığmamız DÇ-yə hazırlığı Sofiyada davam etdirəcək
Millimiz toplanışı Qazaxıstanda keçəcək
Azərbaycan millisinin heyəti açıqlandı - Beynəlxalq turnir
Boks millimiz Qazaxıstana yollandı - Beynəlxalq turnir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin