reklam
Hakimlər Bakı Olimpiya Stadionunda toplaşdı -
Sportfm.az xəbər saytı

Hakimlər Bakı Olimpiya Stadionunda toplaşdı -Seminar


Bu gün Bakı Olimpiya Stadionunda Misli Premyer Liqasına və Birinci Divizion oyunlarına təyinat alan hakimlər üçün danışılmış oyunlarla bağlı seminar keçirilib.

Sportfm.az xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib. İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Oxşar xəbərlər

Danışılmış oyunlarla bağlı danışdılar - FOTO
"Kəpəz"də danışılmış oyunlarla bağlı seminar keçirildi
Danışılmış oyunlarla bağlı növbəti seminar
AFFA mühazirə təşkil etdi - FOTO
"Keşlə"də danışılmış oyunlarla bağlı seminar keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər