Medvedev “Qarabağ”a kömək edə bilməyəcək -Çempionlar Liqası
“Qarabağ”ın kapitanı Maksim Medvedev Çexiyada “Viktoriya”ya (Plzen) qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu da buraxacaq.
Sportfm.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
Qurbanov, Medvedevin fərdi hazırlığa yeni başladığını və hələ kollektiv çalışmalara qatılmadığını deyib.
Avqustun 23-də keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı saat 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk oyunda hesab açılmayıb.
Maksim Medvedev İsveçrədə “Sürix”lə 1:1 hesablı heç-heçə etdikləri 2-ci təsnifat mərhələsinin cavab oyununda zədələnib. O, Macarıstan “Ferentsvaroş”una qarşı 3-cü təsnifat mərhələsinin matçlarını, həmçinin “Viktoriya” ilə ilk görüşü buraxıb.
Oxşar xəbərlər
Qurban Qurbanov: “Hər şey qaydasındadır”
“Viktoriya” – “Qarabağ” matçının hakimləri açıqlandı
Bakıya səfər proqramı açıqlandı - “Viktoriya”nın
Maksim Medvedev cavab oyununu buraxacaq
“Qarabağ”ın “pley-off”dakı potensial rəqibi bilindi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası