“Lill” PSJ-yə böyük hesabla məğlub oldu -Liqa 1
Fransa Liqa 1-ində 3-cü tura yekun vurulub.
Sportfm.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
“Strasburq” – “Reyms” və “Tuluza” – “Loryan” matçlarında qalib müəyyənləşməyib. “Klermon” evdə “Nitsa”nı, “Renn” isə “Ayaçço”nu məğlub yola salıb. “Anje” və “Monpelye” isə müvafiq olaraq “Brest” və “Oser”lə ev oyunlarından xalsız ayrılıb. Çempion PSJ isə bu turda “Lill” ilə səfər oyununda darmadağına sevinib.
3 turdan sonra maksimum nəticə göstərmiş yeganə komanda – PSJ 9 xalla zirvədə qərarlaşıb. Marsel “Olimpik”i ilə “Lans” isə 7 xalla 2-3-cü yerləri bölüşdürürlər. Lion “Olimpik”i də 6 xalla 4-cüdür.
Fransa, Liqa 1
3-cü tur
19 avqust
Olimpik (Lion) – Trua 4:1
Qol: Lakazette, 3. Talyafiko, 46. Tete, 49; 75 – Tardye, 39-pen.
20 avqust
Monako – Lans 1:4
Qol: Badiaşile, 41 – Openda, 7. Maşado, 38. Fofana, 55-pen. Said, 78.
Olimpik (Marsel) – Nant 2:1
Qol: Mbemba, 71. Pallua, 82-öz qapısına – Blas, 78-pen.
21 avqust
Strasburq – Reyms 1:1
Qol: Djiku, 45+2 – Baloqun, 81.
Anje – Brest 1:3
Qol: Bufal, 70 – Duaron, 10; 38. Dari, 65.
Klermon – Nitsa 1:0
Qol: Xaui, 6.
Monpelye – Oser 1:2
Qol: Saxo, 39 – Da Kosta, 70. Autret, 75.
Tuluza – Loryan 2:2
Qol: Ratao, 31. Dallinqa, 64 – Loryente, 2. Kone, 80-pen.
Renn – Ayaçço 2:1
Qol: Terrye, 18. Teate, 62 – El İdrissi, 57.
Lill – PSJ 1:7
Qol: Bamba, 54 – Mbappe, 1; 66; 86. Messi, 27. Hakimi, 39. Neymar, 43; 52.
Oxşar xəbərlər
Mbappe və Messi marselliləri bitirdi
PSJ 5 top vurdu - Liqa 1
"Hafka"nın gözdəsi qalib gəldi - Liqa 1
Hafiz Məmmədovun sabiq klubu qələbə qazandı
PSJ-ni durdurmaq olmur - Fransa Çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası