Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Turan"dan növbəti transfer -FOTO
"Turan" növbəti transferini həyata keçirib.
Sportfm.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi Cənubi Afrika Respublikasından olan müdafiəçi Siyanda Xulunu transfer edib. 31 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, peşəkar karyerasına ölkəsinin "Mamelodi Sandaunz" klubunda başlayan futbolçu "Kayzer Çifs", "Maritzburq Yunayted", Rusiyada isə “Rostov”un formasını geyinib. O, son olaraq İsrailin “Hapoel” (Tel Əviv) komandasının şərəfini qoruyub.
Siyanda Xulu Cənubi Afrika Respublikasının əsas millisində 16 oyuna çıxıb və 1 qol vurub.
Oxşar xəbərlər
Legionerlərimiz Millətlər kubokunda qarşılaşdı - VİDEO
"Turan"un müdafiəçisi ölkəsinin millisinə dəvət aldı
“Turan”ın legioneri üçün bir hissə
“Turan Tovuz”un futbolçusu kənarda qaldı
“Turan”ın futbolçusu milli komandada - Dəvət
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası