reklam
“Zirə”də yeni oyunçular -
Sportfm.az xəbər saytı

“Zirə”də yeni oyunçular -RƏSMİ


“Zirə” heyətinə iki yeni futbolçu cəlb edib.

Sportfm.az xəbər verir ki, sözügedən klub Andriya Lukoviç və Toni Korreya Qomeslə 2 illik müqavilə imzalayıb.

27 yaşlı Lukoviçin son klubu Portuqaliya “Belenenseş”i olub. 2014-2016-cı illərdə PSV-də olsa da, bu komandada debüt edə bilməyən serbiyalı yarımmüdafiəçi ölkəsinin “Rad”, “Bask”, “Srvena Zvezda”, “Vojdovaç”, Polşanın “Rakuv”, Portuqaliyanın “Famalikan” klublarında çıxış edib.

İngiltərənin “Liverpul” klubunun yetirməsi olan 23 yaşlı Qomesin son klubu isə Türkiyə “Menemenspor”u olub. Portuqaliyalı hücumçu daha əvvəl ölkəsinin “Arouka”, Misirin “Haras El-Hadud”, “Tala El-Qaiş”, İngiltərənin “Forest Qrin Rovers” klublarında çıxış edib.

Oxşar xəbərlər

Keyta Azərbaycan Premyer Liqasında - RƏSMİ
"Zirə" yeni müqavilə bağladı - RƏSMİ
"Zirə"dən yeni transfer - FOTO
"Sabah" "Keşlə"dən ayrılan futbolçunu transfer etdi
"Borça"da çıxış etmiş futbolçu "Zirə"də

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər